XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha bir boksçumuz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
İdman 12:30 / 02.06.2024
Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 92 kq çəkidə mübarizə aparan dünya çempionumuz olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. A.Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
Nəticədə milli komandamız Paris-2024-də 5 kişi boksçu ilə təmsil olunacaq. 
Xatırladaq ki, Alfonso Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqə əldə etmişdi. 
Qeyd edək ki, Paris Olimpiadasında boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.

26609 oxunub

InvestAZ