XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Sağlam həyat" günlərinə yekun vurulub
İdman 19:30 / 30.05.2024

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.

Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.


20266 oxunub

InvestAZ