XƏBƏR LENTİ
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025
08 Yanvar 2025



Laçında "Sağlam həyat" günlərinə start verilib
İdman 10:31 / 29.05.2024

Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində "Sağlam həyat" günlərinə start verib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, uzunluğa tullanma, topatma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.


8326 oxunub

InvestAZ