XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Boksçularımız lisenziya yarışında iştirak edirlər
İdman 09:45 / 27.05.2024

Mayın 24-də Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat turnirinə start verilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 10 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.

Yığmamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparır.

Azərbaycan millisinin heyətində Şamil Əsgərov (57 kq) və Malik Həsənov (63,5 kq) ilk döyüşlərini qələbə ilə başa vurublar. Ş.Əsgərov 1/32 final çərçivəsində Sinq-Yu Tsoya (Honkonq), M.Həsənov isə polşalı Bartlomey Roskovijə qalib gəlib.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək.

Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.



6277 oxunub

InvestAZ