XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəka sahibimiz beynəlxalq turnirin qalibi adını qazandı
İdman 11:37 / 23.05.2024

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.

Festivalın "Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.

Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.


20994 oxunub

InvestAZ