XƏBƏR LENTİ
12 Dekabr 2025
11 Dekabr 2025
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025



"Atalanta" leverkuzenlilərin məğlubiyyətsizlik seriyasını qıraraq Avropa Liqasının qalibi oldu
İdman 01:32 / 23.05.2024

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib. İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da təşkil olunan oyunda Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları qarşılaşıb. 

Oyun İtaliya təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb -0:3. Oyunda qolları matçın 12, 26 və 76-cı dəqiqələrində fərqlənən Ademola Lokman vurub. "Atalanta" bu qələbə ilə Avropa Liqasının 2023/2024 mövsümünün qalibi adını qazanıb. 

"Berqamolular" bu qələbə ilə həmçinin leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.


17428 oxunub

InvestAZ