XƏBƏR LENTİ
17 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Boksçularımız lisenziya yarışında iştirak edəcəklər
İdman 15:57 / 22.05.2024

Azərbaycan boksçuları mayın 24-də Tailandın paytaxtı Banqkokda start götürəcək II Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilənistinadən xəbər verir ki, yığmamız 10 gün davam edəcək yarışda 9 boksçu ilə təmsil olunacaq.

Komandamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Kişilərin mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5 və 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Paris-2024-də iştirak hüququna yiyələnəcək.

Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.



19733 oxunub

InvestAZ