XƏBƏR LENTİ
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025
08 Yanvar 2025



Sərbəst güləş millimiz Avropa çempionatının qalibi oldu
İdman 00:23 / 17.05.2024

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan yığmamız 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Təmsilçilərimizdən İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.


7309 oxunub

InvestAZ