XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatında iştirak edəcək bədii gimnastlarımız müəyyənləşdi
İdman 13:27 / 16.05.2024

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi mübarizədə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək.

Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası da turnirdə mübarizə aparacaq.

Yeniyetmələrin yarışında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı bacarığını göstərməyə çalışacaq.

Avropa çempionatı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, mayın 22-dən 26-dək davam edəcək turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək.


23260 oxunub

InvestAZ