XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə voleybolçular üçün təlim-məşq toplanışı təşkil edilib
İdman 13:48 / 14.05.2024
Azərbaycan Voleybol Federasiyası Tovuz Regional Voleybol Klubunda (RVK) təlim-məşq toplanışı təşkil edib. 
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində təşkil olunub.
Məşqlərə Tovuz Regional Voleybol Klubunda məşq keçən 40-a yaxın yeniyetmə qız cəlb edilib. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, növbəti təlim-məşq toplanışı Gəncə Regional Voleybol Klubunun idmançıları üçün mayın 15-dən 17-dək Gəncədə təşkil olunacaq.

23897 oxunub

InvestAZ