XƏBƏR LENTİ
17 May 2025
16 May 2025
15 May 2025
14 May 2025



AFFA-nın İcraiyyə Komitəsinin iclasında hansı məsələlər müzakirə edildi?
İdman 00:13 / 14.05.2024

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

4 saat davam edən konfransda müəyyən qərarlar qəbul edilib.

AFFA-nın prezidenti Rövşən Nəcəf jurnalistlərə açıqlamasında növbəti mövsüm də Premyer Liqada 10 komandanın mübarizə aparacağını söyləyib.

Beləliklə, Premyer Liqada sonuncu yeri tutan "Qəbələ" klubu yeni mövsümdən I Liqada mübarizə aparacaq.

Bir digər qərar isə legioner limiti ilə bağlı olub. İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov bildirib ki, Premyer Liqada 7+4 limiti saxlanılıb. 2025-2026-cı illər mövsümündə isə 8+3 sistemi tətbiq ediləcək.

AFFA-nın İcraiyyə Komitəsinin iclasında Azərbaycan milli komandasının yeni baş məşqçisi məsələsi müzakirə olunmayıb.


12753 oxunub

InvestAZ