XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Real” bayrama rəsmi geyimdə başladı
İdman 18:11 / 12.05.2024

Madrid "Real”ı bu gün La Liqada çempionluğunu qeyd edir. Tarixində 36-cı dəfə La Liqa çempion olan klubun futbolçuları səhər saatlarında baş məşqçi Karlo Ancelotti və prezident Florentino Peres ilə birlikdə kubokun yanında rəsmi geyimdə foto çəkdiriblər. Bu barədə "Real Madrid"in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Real” mövsümün bitməsinə 4 tur qalmış çempion olub. İndi Karlo Ançelottinin komandası bütün diqqətini iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalına yönəldə bilər. "Los Blancos”un rəqibi Dortmund "Borussiya"sı olacaq.


18604 oxunub

InvestAZ