XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
İdman 19:02 / 12.05.2024

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Yelkən Reqatası 2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Yelkən Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu il yarışlar "Optimist", "ILCA 4" və "ILCA 6" sinifləri üzrə SFA Yelkən Mərkəzində təşkil olunub.

Mayın 12-də yarışın finalı və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Bu il reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunub.

Tədbirdə Azərbaycan Yelkən Federasiyanın prezidenti Qüdrət Qurbanov və Gürcüstan Yelkən Federasiyanın prezidenti Devi Kituaşvili iştirak ediblər.

"ILCA 6” sinfi üzrə birinci yerin qalibi Murad Hacı-zadə olub. İkinci pillədə Nikoloz Tatarişvili qərarlaşıb. İlk "üçlüy”ü isə Anton Vilayev tamamlayıb.

"ILCA 4” sinfi üzrə birinci yeri Fidan Ağazadə tutub. Gürcüstanlı Kristina Kərimova ikinci, gürcüstanlı Aleks Kituaşvili isə üçüncü yerləri tutublar.

"Optimist Junior” sinfi üzrə birinci yeri Nurlan Ağazadə götürüb. İkinci sırada Səma Mansurzadə, üçüncü pillədə isə Giorgi Grigoliya (Gürcüstan) qərarlaşıblar.

"Optimist qızlar” sinfi üzrə birinci yerin qalibi Nərgiz Məmmədova olub. İkinci pilləyə Emel Məmmədli, üçüncü sıraya isə Nəzrin Məmmədova yüksəliblər.

"Optimist” ümumi sinfi üzrə birinci yeri Nərgiz Məmmədova tutub. İkinci yerə Furkan Mustafayev çıxıb, üçüncü yerin sahibi isə Emel Məmmədli olub.

Xatırladaq ki, "Bakı Yelkən Reqatası" dördüncü dəfədir təşkil olunur.


18642 oxunub

InvestAZ