XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Atletimiz Daşkənddə qızıl medal qazandı
İdman 21:40 / 12.05.2024

Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının ikinci günündə də uğurlu çıxışlarını davam etdiriblər.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üç təkanla tullanma yarışında Rüstəm Məmmədov 15.93 metr göstərici ilə yadda qalıb.

Bu nəticə ilə bütün rəqiblərini geridə qoyan atlet yarışın qalibi olub.

Bu növdəki digər təmsilçimiz Cabir Əliyev 7-ci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə Nazim Babayev uzunluğa tullanmada 2-ci olub.


18875 oxunub

InvestAZ