XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Bu komandanın naminə hər şey etməyə hazıram”
İdman 12:12 / 12.05.2024

Madrid "Real”ının hücumçusu Xoselu bildirib ki, onun klubdakı gələcəyi mövsümün sonunda müzakirə olunacaq.

Futbolçu hazırda icarə əsasında "Real”da çıxış edir. O, müqavilə ilə "Espanyol”a məxsusdur.

"Hər şey mövsüm bitəndən sonra həll olunacaq. İndi arzum reallaşa bilər. Bu komandanın naminə hər şey etməyə hazıram”, - deyə "Marca” futbolçudan sitat gətirib.

Məlumat üçün bildirək ki, Xoselu Çempionlar Liqasının "Bavariya" ilə ikinci yarımfinal matçının sonunda əvəzedici heyətlə meydana çıxıb və iki qolla komandasına qələbə qazandırıb. Joselu bu mövsüm "Real”ın heyətində 46 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.



18191 oxunub

InvestAZ