XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib
İdman 22:58 / 11.05.2024

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə ölkəmizə səfərə gəlib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, AAF-ın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovla birlikdə ilk olaraq Fəxri xiyabana gedib.

Burada ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilərək xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. Sonra onlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların məzarları üzərinə gül dəstələri qoyublar.



20546 oxunub

InvestAZ