XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün daha 4 cüdoçumuz "Böyük dəbilqə" turnirində mübarizə aparacaq
İdman 10:38 / 11.05.2024

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turniri davam edir.

Yarışın ikinci günündə 2 çəki dərəcəsində daha 4 cüdoçumuz qüvvəsini sınayacaq. Təmsilçilərimizdən Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi -73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi -81 kq) tatami üzərinə çıxacaq.

Xatırladaq ki, yarışın ilk günündə komandamızın üzvü Kamran Süleymanov -66 kqçəki dərəcəsində bürünc medal qazanıb.

84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışa mayın 12-də yekun vurulacaq.


19211 oxunub

InvestAZ