XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Heydər Əliyev kuboku” turniri yekunlaşdı
İdman 11:46 / 11.05.2024

Naxçıvanda voleybolçu qızlar arasında "Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumata verilib. Məlumata görə, Azərbaycan Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 8 komanda mübarizə aparıb.

Muxtar respublikanın 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirin final oyunu İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Həlledici matçda "Naxçıvan” və "Sədərək” komandaları üz-üzə gəlib. Maraqlı mübarizə şəraitində keçən qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesablı qələbə qazanaraq turnirin qalibi adına layiq görülüblər. "Naxçıvan” ikinci, "Culfa”nı məğlub edən "Kəngərli” isə üçüncü olub.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. Həmçinin yarışın rəmzi komandasında yer alan voleybolçulara fərdi mükafatlar verilib.

Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər.


24046 oxunub

InvestAZ