XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Paris-2024-ün badminton yarışlarında iki idmançı ilə təmsil olunacaq
İdman 19:52 / 10.05.2024

Dünya Badminton Federasiyası (BWF ) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların siyahısını açıqlayıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,ölkəmiz ilk dəfə olimpiadada 2 badmintonçu ilə təmsil olunacaq.

2021-ci ildə Tokioda keçirilən 4 illiyin zirvə yarışında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında mübarizə aparacaq. O, lisenziyaya "Paris yolu” reytinqində 28-ci olmaqla sahib çıxıb.

Azərbaycan badminton tarixində ilk dəfə olaraq qadın bamdintonçuların şəxsi yarışında da təmsil olunacaq. Belə ki, qadın badmintonçumuz Keişa Fatimə Zəhra reytinqdə 31-ci olaraq ölkəmizi Paris-2024-də təmsil etmək hüququ əldə edib.

Bununla da Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı rəsmi lisenziyaların sayı 23-ə çatıb.

Olimpiadanın badminton yarışları iyulun 27-dən avqustun 5-dək Parisdə yerləşən "Porte de la Chapelle” arenasında keçiriləcək. İyulun 27-31-də qrup mərhələsi, avqustun 1-5-də isə 5 kateqoriya üzrə pley-off mərhələsinin görüşləri təşkil olunacaq.




20194 oxunub

InvestAZ