XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mariya Stadnik lisenziya turnirinin yarımfinalında
İdman 17:03 / 10.05.2024

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin ikinci yarış günündə qadın güləşçilərimiz mübarizəyə başlayıblar.

Bu gün komandamızın 5 üzvü xalça üzərinə çıxıb ki, onlardan da yalnız Mariya Stadnikin çıxışı uğurlu olub.

Mübarizəyə 1/8 finaldan başlayan dördqat Olimpiya mükafatçımız Menq Hsiehə (Çin Taypeyi), ardınca isə Violetta Çirikə (AIN) tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz yarımfinalda Cənubi Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq. Mariya Stadnik bu görüşdə qalib gələcəyi təqdirdəParis-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qeyd edək ki, bu gün xalça üzərinə çıxan digər qadın güləşçilərimizdən - Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) məğlub olaraq Olimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını itiriblər.

Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.


20493 oxunub

InvestAZ