XƏBƏR LENTİ
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025



Avropa çempionatı 3 medalla yadda qaldı
İdman 16:20 / 10.05.2024

Aərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medal qazanıblar.

Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, samboçularımızyarışı 1 qızıl və 2 bürünc medalla başa vurublar.

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə böyüklər arasında Avropa çempionu tituluna sahib çıxıb.

Sonuncu dəfə böyüklər arasında Avropa çempionu adına 8 il öncə Amil Qasımov yiyələnib. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) isə üçüncülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə ediblər.

Qeyd edək ki,Avropa çempionatında mayın 11-12-də gənclər və yeniyetmələrin mübarizəsinə start veriləcək.


8066 oxunub

InvestAZ