XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çin rəhbəri Olimpiya barışığı təşəbbüsünü dəstəkləyib
İdman 13:06 / 10.05.2024

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Fransaya səfər edib. Səfər zamanı ÇXR sədri Paris-2024 Yay Olimpiya Oyunları zamanı Olimpiya barışığı təşəbbüsünü dəstəklədiyini təsdiqləyib.

Si Cinpinin Parisə səfəri Çin və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edib. "İndiki dünya çox təlatümlüdür. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin Fransa ilə birgə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı müharibə və hərbi əməliyyatların dayandırılması təşəbbüsünü bəyənir”, - deyə Si Cinpin Fransa prezidenti Emmanuel Makronla birlikdə mətbuat konfransında vurğulayıb.


20714 oxunub

InvestAZ