XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
İdman 22:43 / 09.05.2024

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü Banqkoka yollanıb. 

Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər. Mayın 10-da başlayacaq hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.

Təlim-məşq toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.


20468 oxunub

InvestAZ