XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üçqat Avropa çempionumuz Rafiq Hüseynov Paris Olimpiadasına lisenziya qazandı
İdman 20:43 / 09.05.2024

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Paris Olimpiadasına daha bir lisenziya əldə ediblər.Bu uğura 87 kq çəki dərəcəsində çıxış edən dünya, Avropa çempionumuz, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov nail olub. 35 yaşlı pəhləvanımız təsnifat mərhələsində yunanıstanlı İlyas Paqkalidisə (3:1), 1/8 finalda isə hindistanlı Kumar Sunilə (4:3) qalib gəlib. 1/4 finalda isveçli Aleksis Kessidisdən güclü olan (2:1) güləşçimiz yarımfinalda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə 4:1 hesabı ilə qalib gələn Rafiq Hüseynov ümumilikdə güləş millimizin Paris Olimpiadasına 10-cu, yunan-Roma güləşçilərimizin isə 4-cü lisenziyasını qazandırıb.

Bununla da Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlarına əldə etdiyi lisenziyaların sayı 20-yə çatıb.


20863 oxunub

InvestAZ