XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Voleybol millimiz Sloveniyaya yollanıb
İdman 12:19 / 09.05.2024

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.

Komanda səfərə baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında yekun heyətlə yollanıb. Yığmamız Mariborda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Sloveniyadan birbaşa Xorvatiyaya gedəcəklər. Millimizin Qızıl Avropa Liqasında ilk oyunu mayın 17-də məhz meydan sahiblərinə qarşı olacaq.

Qeyd edək ki, yeni formatda keçiriləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.

Qızıl Avropa Liqası

I tur (Xorvatiya)

17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya

18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan

19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya

II tur (Rumıniya)

24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya

25.05.2024 / 17:00 İsveç – Azərbaycan

26.05.2024 / 17:00 Rumıniya – İsveç

III tur (Azərbaycan, GİN-nin Voleybol Mərkəzi)

31.05.2024 / 18:00 Estoniya – Azərbaycan

01.06.2024 / 18:00 Avstriya – Estoniya

02.06.2024 / 17:00 Azərbaycan – Avstriya


20051 oxunub

InvestAZ