XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilər ölkə turnirində bir araya gəliblər
İdman 17:47 / 09.05.2024

Stolüstü tennis üzrə 2014-cü il təvəllüdlü və daha kiçik idmançılar arasında keçirilən ölkə turnirinə yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən "Qarabağ NN” stolüstü tennis klubunda keçirilən yarışda Bakı və Sumqayıt idmançıları ilə yanaşı, Salyan, Şirvan və Şabrandan ümumilikdə 70-ə yaxın stolüstü tennisçi bacarığını nümayiş etdirib. Qızlar arasında keçirilən fərdi yarışlarda Mehri Aslanzadə qalib adını qazanıb. O, finalda Banu İmanverdizadəni məğlub edib. Alina Miradiyeva və Yasəmən Həbibova isə üçüncü yeri tutub.

Oğlanların mübarizəsində isə Əliəkbər Mirzəliyev çempion adına layiq görülüb. Həzrət Kamilov ikinci, Saleh Hümbətov və Cəfər Almədədli isə üçüncü olub. Qalib və mükafatçılar Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri ilə təltif olunublar.


19357 oxunub

InvestAZ