XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tədqiqatçı alimin yeni kitabı işıq üzü gördü
İdman 20:05 / 08.05.2024
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Soyqırım: Tarixi həqiqətlər” adlı yeni monoqrafiyası işıq üzü görüb.
7 fəsil və 86 yarımfəsildən ibarət olan esiklopedik kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Azərbaycanın inkişafına diqqət və qayğısı, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı, qüdrətli Azərbaycan Ordusunun tarixi qələbəsi barədə dəyərli məlumatlar yer alıb. 
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyası, birinci və ikinci Qarabağ müharibəsində erməni qəsbkarlarının torpaqlarımızda törətdikləri vəhşiliklər, türk qanına hərisliklər kitabda ağrılı bir dillə yazılıb. 
XVIII əsrin əvvəllərindən erməni vandalarının dünyada törətdikləri terror, zülm, işgəncə və amansız qətliamlar zəngin faktlar, sənədlər, xarici kütləvi informasiya vasitələrinin, müxtəlif millətlərin mətn və azərbaycanlı şahidlərin ifadələri, bu soyqırımının dəhşəti bütün faciələri ilə kitabda öz əksini tapıb. 
Kitab Azəprbaycan Respublikası Təhsil Nazirliyi, Azəprbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, ali və orta məktəb müəllimləri, şagird və tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitab Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının 04 mart 2022-ci il tarixli iclasında (protokol № 7) müzakirə edilərək bəyənilib və nəşri məqsədəuyğun hesab edilib.


20522 oxunub

InvestAZ