XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Miniutbol turnirinin finalçıları müəyyənləşdi
İdman 12:01 / 06.05.2024

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

Yarımfinal mərhələsində "Günəşli" və "Mərdəkan" komandaları üz-üzə gəlib. Oyun "Günəşli" komandasının 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Aşağı Güzdək" və "Biləcəri"  komandaları arasında keçirn görüş "Aşağı Güzdək"in qələbəsi ilə yekunlaşıb - 2:1.

Turnirə mayın 9-da yekun vurulacaq. Bakı Tennis Akademiyasında keçiriləcək final oyununda "Günəşli" və "Aşağı Güzdək" komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda görüş isə "Biləcəri" və "Mərdəkan" arasında baş tutacaq.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.


18374 oxunub

InvestAZ