XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: "Qəbələ"dən əzmkar qələbə
İdman 21:22 / 06.05.2024
Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına yekun vurulub.
Turun son oyununda "Səbail" və "Qəbələ" klubları üz-üzə gəlib. Oyun "Qəbələ" klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab 17-ci dəqiqədə açılıb. Ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom komandasını önə keçirib. Cəmi 3 dəqiqə sonra Osama Xalayla hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla hesaba yenidən tarazlıq gətirib. 56-cı dəqiqədə "qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra autsayder "Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 42 xalla altıncıdır.


20634 oxunub

InvestAZ