XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər 
İdman 21:05 / 06.05.2024

Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə,mayın 9-12-də təşkil olunacaq turnirdə ölkəmizi 12 idmançı təmsil edəcək. Onlardan 8-i kişi, 4-ü isə qadın taekvondoçudur.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Elnur Amanov yarışda Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Riyad Şirəliyev (63 kiloqram), Yaşar Məmmədli (68 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Taleh Süleymanov (87 kiloqram) və Hamidreza Badrialiabadiyə (+87 kiloqram) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kiloqram), Məryəm Məmmədova (49 kiloqram), Nigar Abdullayeva (53 kiloqram) və Leyla Bəşirovanı (57 kiloqram) sınayacaq.

Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.

Bu gün səfərə yollanan komandaya Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə rəhbərlik edəcək.


20143 oxunub

InvestAZ