XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



 Üzgüçülərimiz Rusiyada 9 medal qazanıblar
İdman 15:21 / 06.05.2024

Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilən "Rektor Kuboku” turnirində 9 medal qazanıblar.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Təmsilçilərimizin qazancı 2 qızıl, 4 gümüş və 3 bürünc medal olub.

Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qızıl, 100 m batterflyay, 200 m qarışıq və 200 m sərbəst üsulda gümüş medala sahib çıxıb.

Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 100 m sərbəst üsulda və 200 m qarışıq üsulda 3-cü yeri tutub.

Həftəsonu 50 metrlik "Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatlar uğrunda mübarizə aparıblar.


20643 oxunub

InvestAZ