XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: "zirə" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəldi
İdman 18:41 / 05.05.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Zirə" və "Turan Tovuz" klubları üz-üzə gəlib. Oyun qəsəbə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunılaşıb - 2:1. "Qartallar"ın heyətində 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli qol müəllifi olub.

Meydan sahiblərinin heyətində isə Fərid Nəbiyev 52-ci dəqiqədə fərqlənməklə komandasının yeganə qolunu vurub. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə alaraq "Turan Tovuz"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.


18618 oxunub

InvestAZ