XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş minifutbol turniri yekunlaşdı
İdman 20:16 / 05.05.2024

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş minifutbol turniri başa çatıb. Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışlara mayın 4-də Bakı Dövlət Universiteti və Azərbaycan Texniki
Universitetini təmsil edən komandalar arasında final oyunu ilə yekun vurulub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Bakı Dövlət Universitetinin komandası 4:1 hesablı qələbə qazanıb.

Yarışların təntənəli bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib. Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Təntənəli mərasimdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə minifutbol yarışında fərqlənən komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən müvafiq dərəcəli kubok, medal və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq idmanın stolüstü tennis, dama, şahmat, voleybol (qızlar və oğlanlar), basketbol və oğlanlar arasında minifutbol üzrə yarışlar təşkil edilib. İdman yarışlarında Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən komandalar mübarizə aparıb. Ümumilikdə yarışlara 338 nəfər
gənc qatılıb ki, onlardan 250 nəfərini oğlanlar, 88 nəfərini isə qızlar təşkil
edib. Yarışlar təqvim planına müvafiq olaraq rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin idman bazalarında keçirilib.



18951 oxunub

InvestAZ