XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastımız Avropa Kubokunda dördüncü oldu
İdman 14:11 / 05.05.2024

Bakıda keçirilən Avropa Kubokunda böyük fərdi gimnastlar arasında üç fərqli proqramda qaliblər müəyyənləşib.

Haqla ilə hərəkətlərdə italiyalı Sofiya Raffaeli (35,050 xal) qızıl, bolqarıstanlı Boryana Kalein (33,600) gümüş, kiprli Vera Tuqolukova (33,100) isə bürünc medal qazanıblar. Azərbaycan təmsilçisi Zöhrə Ağamirova isə 31,650 xal toplayaraq səkkizinci pillədə qərarlaşıb.

Topla çıxışda isə bolqarıstanlı Boryana Kalein (34,350) birinci, rumıniyalı Kristina Draqan (34,150) ikinci, israilli Daniela Munitz (33,850) üçüncü yeri tutublar. Bu dəfə hakimlərdən 33,350 xal alan Zöhrə Ağamirova altıncı sırada yer alıb.

Gimnastımız daha sonra lentlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, 31,800 xalla dördüncü sırada qərarlaşıb. Bu proqramda Boryana Kalein (32,950) qızıl, Vera Tuqolukova (32,350) gümüş, Sofiya Raffaeli (32,250) isə bürünc mükafata sahib olublar.

Milli Gimnastika Arenasında təşkil edilən bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Turnirə bu gün - mayın 5-də yekun vurulacaq.


20041 oxunub

InvestAZ