XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Real" "El Klasiko"da qalib gələrək çempionluq yolunda həlledici addım atdı
İdman 01:20 / 22.04.2024

Futbol üzrə İspaniya La Liqasının 32-ci turunda "Real” klubu "Barselona”nı qəbul edib. "Santyaqo Bernabeu” stadionunda keçirilən "El Klasiko” "Kral klubu”nun qələbəsi ilə başa çatıb. Karlo Ancelottinin komandası gərgin mübarizə şəraitində keçən oyunda 3:2 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı 6-cı dəqiqədə Andreas Kristensen açsa da, 12 dəqiqə sonra Vinisus penaltidən hesabı bərabərləşdirib -1:1.

Xavi Hernandesin komandası növbəti dəfə matçın 69-cu dəqiqəsində Fermin Lopezlə hesabda irəli çıxıb. Lakin kataloniyalılar bu dəfə də üstünlüyünü qoruya bilməyiblər. Qoldan 4 dəqiqə sonra Lukas Vaskez tarazlığı bərpa edib. Oyunun sonlarında "Real” klubu qələbə qolunu vurmağa da müvəffəq olub. Oyunun 90+1-ci dəqiqəsində Cud Belingem matçda yekun hesabı müəyyənləşdirib -3:2.

Beləliklə, Madrid "Real”ı qələbə sayəsində xallarının sayını 81-ə çatdıraraq çempionluq yolunda həlledici addım atdı. Liderdən 11 xal geri qalan katalonlar isə ikinci pillədə qərarlaşırlar.


21561 oxunub

InvestAZ