XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
İdman 23:42 / 21.04.2024

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın dördüncü günündə Azərbaycan millisinin 3 üzvü mərhələ adlayıb.

Nəbi İsgəndərov (67 kq) 1/8 final çərçivəsində fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. N.İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.

Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.

Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 24-də olacaq.


22390 oxunub

InvestAZ