XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İsabel Bonnal: Bakı həqiqətən dünyanın idman paytaxtı olmağa layiq şəhərdir
İdman 19:26 / 21.04.2024

"Bakı möhtəşəm və ecazkar şəhərdir. Təsadüfi deyil ki, Azərbaycan bu gün dünya idmanına töhfə vermiş ölkə olaraq tanınır”.

Bu sözləri Monakonun təhsil, gənclər və idman komissarı İsabel Bonnal "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

O, xoş qarşılanmaya görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib: "Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib. İdmanın təhsil və zehni baxımdan da bağlılığı var. Məndə olan məlumata görə, Bakıda müxtəlif yaş kateqoriyasına malik olan insanlar onlar üçün ayrılmış xüsusi yerlərdə idmanla məşğul olurlar. Bu, olduqca xoş məqamdır. Burda olduğumuz müddətdə müəyyən təlim-məşq bazalarını gəzdik və yaradılan şəraitlə tanış olduq. Deyə bilərəm ki, Bakı həqiqətən dünyanın idman paytaxtı olmağa layiq şəhərdir".


23439 oxunub

InvestAZ