XƏBƏR LENTİ
03 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Veteran stolüstü tennisçilər ölkə çempionatında yarışıblar
İdman 17:48 / 21.04.2024

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın idmançı bacarığını göstərib.

Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparıblar. Şəxsi mübarizədə kişilərdən Vaqif Məmmədov, Elşad Vahidov, İlham Ağayev, Səxavət Heydərov, qadınlardan Xəyalə Qiyasova 1-ci yeri tutub. Qoşa yarışlarda isə Zaur Mikayılovla Mahir Cəbiyev fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Onlar finalda İlham Ağayev – Xəyalə Qiyasova tandeminə qalib gəliblər.

Yarışda fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.


842 oxunub

InvestAZ