XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: boksçularımız növbəti mərhələdə
İdman 02:16 / 21.04.2024

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı keçirilir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  yarışın 3-cü günündə Azərbaycan millisinin 2 boksçusu mərhələ adlayıb.

Təmsilçilərimizdən Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelislə (Yunanıstan) qarşılaşıb. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundda qalib gələn Məmmədzadə rəqibini 5:0 (30:25, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə məğlub edib. O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

92 kq-da Alfonso Dominqes də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.

Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.



21004 oxunub

InvestAZ