XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avstriya komandası üçün yubiley yeri Çin oldu – Formula 1
İdman 18:31 / 20.04.2024

Maks Ferstappenin Çin Qran Prisində təsnifata vəsiqə qazanması onun "Red Bull” komandası yubiley uğuru olub. Niderlandlı bununla Formula 1-dəki çıxışlarını 100-ə çatdırıb.

Məlumat üçün bildirək ki, "Red Bull” Formula 1-də 2005-ci ildən yarışır. 20 ildən az bir müddətdə Avstriya komandası 374 Qran Pridə iştirak edib. Onlar 116 qələbə (270 podium) qazanıb,100 poul mövqeyini qoruyub. Komanda altı dəfə (2010-2013, 2022-2023), komandanın pilotları isə fərdi çempionatda yeddi dəfə (2010-2013, 2021-2023) Konstruktorlar çempionatının qalibi olub. Bundan başqa "Red Bull” Formula 1 tarixində 100 seçmə qələbə qazanan altıncı komandadır. Onlar "Ferrari” (249), "McLaren” (156), "Mercedes” (130), "Williams” (128) və "Lotus”dan (107) geri qalırlar.

Qeyd edək ki, "Red Bull” hazırda 155 xalla çempionatın komanda cədvəlinə başçılıq edir.



19866 oxunub

InvestAZ