XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klopp gedən kimi bir ulduz düşəcək   
İdman 19:01 / 18.04.2024

"Liverpul" komandanın ən yaxşı futbolçularından biri ilə yollarını ayırmaq üzrədir. "The Sun” tabloidinin məlumatına görə, misirli hücumçu Məhəmməd Salah baş məqşqçi Yürgen Kloppun gedişindən sonra mersisaydlıları tərk etmək niyyətindədir. Məlumat üçün bildirək ki, almaniyalı məşqçi mövsümün sonunda istefa verəcəyini açıqlayıb. Salahı isə Səudiyyə Ərəbistanının "Əl-İttihad” klubu heyətinə cəlb etmək istəyir. Klub rəhbərliyi forvard üçün 200 milyon funt-sterlinq (233 milyon avro) ödəməyə hazırdır.

Xatırladaq ki, Salah 2017-ci ilin yayından "Liverpul”da çıxış edir.

31 yaşlı misirli futbolçunun müqaviləsi gələn mövsümün sonunda başa çatır. Transfermarkt Salahın dəyərini hazırda 65 milyon avro ilə qiymətləndirir.


19663 oxunub

InvestAZ