XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ancelotti Militaonun xahişin hamıya yaydı
İdman 17:19 / 18.04.2024

Xəbər verdiyimiz kimi Madrid "Real"ı dünən Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"ni penaltilər seriyasından sonra məğlub edib. Bu gün məlum olub ki, müdafiəçi Eder Militao Karlo Ançelottidən 5 penalti zərbəsini yerinə yetirən futbolçunun siyahısına onun salınmamasını xahi edib. Oyundan sonra Ançelotti jurnalistlərə bildirib ki, Militaonun istəyi "Mançester Siti"nin qapıçısı Edersonla bağlıdır. Militao hesab edirdi ki, Braziliya milli komandasındakı həmyerlisi onu yaxşı tanıyır. Əks halda onun düşüncələrini "oxuya bilər”.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Real" "Bavariya" ilə qarşılaşacaq. Finala gedən digər cütlükdə PSJ və Dortmund "Borussiya"sı yarışacaq.


19781 oxunub

InvestAZ