XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında Abşeron-Xızı region birinciliyi keçiriləcək
İdman 11:44 / 18.04.2024

Aprelin 19-da "Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş 15 yaşa qədər yeniyetmələrU-15arasında Abşeron-Xızı region birinciliyi keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,yarışda 20 çəki dərəcəsində 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdan ibarətdir.

Yarış 31 may – 3 iyun tarixlərində keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.

Turnir Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.


20153 oxunub

InvestAZ