XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024-ə yollanacaq 12-ci oyunçu da müəyyənləşib
İdman 14:03 / 17.04.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında basketbol üzrə ABŞ yığma komandasının heyətində yer alacaq 12-ci oyunçunun da adı açıqlanıb. "Los Anceles Klippers"in oyunçusu Kavi Leonard komandası ilə birlikdə Fransaya yollanmaq imkanı əldə edib.Bu barədə jurnalist Çarlz Çaraniya X sosial şəbəkəsində "The Athletic" məlumatına istinadən məlumat verib.

Qeyd edək ki, dünən "olimpiyadunyasi.com" saytında ABŞ-ı Paris-2024-də təmsil edəcək millinin ilk "11-liy"ini təqdim etmişdik. HeyətdəLeBron Ceyms, Kevin Dürant, Stephen Karri, Joel Embiid, Ceyson Tatum, Devin Buker və Jru Holidey, eləcə də Entoni Devis, Bam Adebayo, Entoni Edvards və Tires Halibarton kimi ulduzların adları qeyd olunmuşdu.

Xatırladaq ki, Fransa paytaxtında Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


23090 oxunub

InvestAZ