XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Xavi Hernandes: "Nə istəyirsizsə, deyin, amma mən..."
İdman 13:30 / 17.04.2024

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Hernandes Fransanın PSJ klubu ilə 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.  44 yaşlı mütəxəssis hakimin ədalətsiz qərarlarına görə oyunda məğlub olduqlarını deyib. 

"Sakit danışmağa çalışacağam. Bugünkü futbolla 11 nəfərə qarşı 10 nəfərlə oynamaq mümkün deyil və məncə, qırmızı vərəqə bizə qarşı haqsızlıq idi. Təəssüf ki, Çempionlar Liqasındakı mübarizəmiz hakim səhvinə görə başa çatdı. Hakimə idarəçiliyinin bərbad olduğunu dedim. Bu reallıqdır. Nə istəyirsizsə, deyin, amma mən bura gələndən hakim tərəfdən bəxtimiz gətirmir. Qəribə hakimlik oldu. Qəribə deyirəm, çünki başqa söz işlətməkdən yaxşıdır.

Qol vurmaq üçün yaxşı şanslarımız oldu. Əvəzetmələr də etdik və yaxud başqa bütün amillərdən danışmaq olar, amma həqiqət budur ki, qırmızı vərəqə oyunu məhv etdi.

Laminya əla oynayırdı. Onu əvəz etmək çox çətin idi. Biz 10 nəfərlə müdafiə olunmağa çalışdıq, lakin bu, bizim güclü müdafiəmiz deyildi. Bundan sonra da qol imkanlarımız oldu.

Dembelenin qolu bizi sarsıtdı. Bu gün bizim günümüz deyildi. Kiçik detallara nəzarət etməyi öyrənməliyik. Gələn il biz bura mütləq qayıdacağıq”, - deyə Xavi Hernandes bildirib.


1359 oxunub

InvestAZ