XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Amerikalı atletlər olimpiada üçün geyimlərdən narazıdırlar   
İdman 13:21 / 16.04.2024
ABŞ-ın atletika üzrə yığmasının üzvləri «Nike» şirkətinin Paris-2024 Yay Olimpiya Oyunları üçün hazırladığı geyim formasından narazı qalıblar. Heyətin üzvləri qeyd ediblər ki, geyimlər həddindən artıqaçıq-saçıq görünür. "Formalar çıxış üçün nəzərdə tutulmayıb. Bədənlərimiz fərqlidir. Açıq-saçıq görünən bu geyimlər böyük müzakirələrə səbəb olacaq. Özümüzü isə narahat edəcəyik”, - deyə Reuters qaçışçı Kolin Kiqlidən sitat gətirib. Şüvüllə tullanma üzrə Olimpiya çempionu Keti Mun sosial şəbəkədəki səhifəsində təqdim olunan formanın narahatlıq doğurduğunu qeyd edib. İdmançı bildirib ki, şirkət idmançıların geyim seçmək və onlara üstünlük vermək hüququna hörmət etməlidir.
22430 oxunub

InvestAZ