XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xuan Laporta azarkeşlərə müraciət edib
İdman 14:43 / 16.04.2024

"Barselona"nın prezidenti Xuan Laporta Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunu ərəfəsində komandanın azarkeşlərinə müraciət edib. "Hər birimiz stadiona gedib komandaya dəstək olmalıyıq. Bu oyunçular hər şeyə layiqdirlər. Biz onlara inanırıq, güvənirik. Tarix yazmağa doğru gedən komandaya azarkeşlər də kömək etməlidir. Parisdə gözəl oyun keçirdik və buna görə də mən istəyirəm ki, stadionumuz hərarətlənsin. Bir qələbə ilə yarımfinala yüksələ bilərik, - deyə "Mundo Deportivo” Laportadan sitat gətirib.

Qeyd edək ki, bu bu komandalar arasında Parisdə keçirilən ilk görüşdə kataloniyalıların 3:2 hesablı qələbəsi qeydə alınıb. Cavab oyunu bu gün, Bakı vaxtilə saat 23:00-da İspaniyanın "Olimpik Lyuis Kompanies" stadionunda təşkil olunacaq.


22188 oxunub

InvestAZ