XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024-ə lisenziya qazanan 3x3 basketbol millimiz Vətənə qayıdıb
İdman 11:16 / 16.04.2024

Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirinin qalibi olaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

Yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, media nümayəndələri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan millisi Təsnifat Turnirinin B qrupunda Çili və Monqolustanı məğlub edib. Komanda son oyunda Niderlanda uduzsa da, yarımfinala vəsiqə qazanıb. Yığma 1/2 finalda Macarıstana, finalda isə Polşaya qalib gələrək Paris Olimpiadasında iştirak hüququ əldə edib.

Bununla da ölkəmiz ilk dəfə Olimpiya Oyunlarında komanda idman növündə təmsil olunacaq.


20266 oxunub

InvestAZ