XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şarapova karyerasının ən yaddaqalan görüşündən danışıb
İdman 19:35 / 14.04.2024

Tennis üzrə rusiyalı beşqat Böyük Dəbilqə çempionu Mariya Şarapova idman karyerasının ən vacib qarşılaşması barədə danışıb. "Uimbldon finalı. 2004-cü il. Serena Uilyamsı məğlub etmişdim (6:1, 6:4). Həmin vaxt 17 yaşım var idi. Həmin finalda oynamaqla arzularımı gerçəkləşdirmişdim”, - Şarapova WTA üçün xüsusi hazırlanmış videoçarxda deyib.

Xatırlayaq ki, Mariya Şarapova finalda S.Uilyamsı məğlub edərək 1887-ci ildə Lotti Dod və 1997-ci ildə Martina Hingisdən sonra üçüncü ən gənc Uimbledon qalibi, eləcə də Böyük Dəbilqə turnirini fəth edən ilk rusiyalı qadın tennisçi olmuşdu.


23537 oxunub

InvestAZ