XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024-ə lisenziya qazanan Turan Bayramovdan qələbə şərhi
İdman 20:16 / 07.04.2024

"Avropa Olimpiya Təsnifat Turnirinə yüksək səviyyədə hazırlaşmışdım. Bunun nəticəsində italiyalı Frank Çamizoya qalib gəldim”

Bu sözləri Bakıda təşkil olunan Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan sərbəst güləşçimiz Turan Bayramov jurnalistlərə açıqlamasında deyib.

74 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız italiyalı rəqibinə son saniyələrdə qalib gəldiyini bildirib.

"Yarış Azərbaycanda keçirildiyi üçün turnirə ikiqat motivasiya ilə hazırlaşırdım. Dünya çempionatında sona 3 saniyə qalmış lisenziyanı əldən vermişdim. Burada isə əksinə, sona 3 saniyə qalmış lisenziya qazandım. İtaliyalı rəqibim çox güclü güləşçidir. Ona London Olimpiadasında Toğrul Əsgərov qalib gəlmişdi”.

Xatırladaq ki, güləşçimiz daha əvvəl təsnifat mərhələsindəTobias Portmannı (İsveçrə), 1/4 finalda Zurab Karpayevi, yarımfinalda isə Frank Çamizonu (İtaliya) məğlub edib.


19153 oxunub

InvestAZ